Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yarım ürəklə həyata tutunan Bayram

5/5

  •  Aran Media GROUP xalqımızın dəstəyi ilə Bayramın
    həyatda qalması üçün üzərinə götürdüyü missiyanı uğurla tamamladı

    Millət və
    dövlət olaraq gələcəyimizin ən böyük qarantı olan uşaqların fiziki və mənəvi
    baxımdan sağlam doğulmaları vacib şərtdir. Təəssüf ki, bəzi uşaqlar doğulduqları
    gündən, qeyd etdiyimiz şərtlər xaricində fiziki qüsurları səbəbindən cəmiyyətin
    tam bir hissəsi olmaq xoşbəxtliyini yaşaya bilmirlər. Talelərinə yazılmış
    fiziki qüsurlar ucbatından, belə uşaqların yaşadıqları mühitin tələblərindən
    dolayı sosiallaşması da olduqca çətin olur. Amma, taleyin acı sınaqlarına baş əyməyən,
    barəsində danışacağımız qəhramanımızın timsalında olan uşaqlar malik olduqları
    xüsusi istedadları sayəsində var olduqlarını sübut etmək üçün, sözün əsil mənasında
    həyatla mücadilə aparırlar. Ancaq məqsədə çatmaq üçün onlar cəmiyyətdən və ətraflarındakı
    xeyirxah insanların köməyindən ehtiyac duyurlar . Məhz, bəndəniz və bütövlükdə Aran
    Media GROUP olaraq bizlər gərgin fəaliyyətimiz sayəsində fiziki cəhətdən
    qüsurlu doğulmuş qəhramanımızın həyatda qalması üçün, sözün əsil mənasında gərgin
    mübarizəyə atıldıq. Zaqatala rayonunda yaşadığı barədə məlumat əldə etdikdən dərhal
    sonra Bayramın ailəsini ziyarət etdik. Vəziyyəti yerində öyrənərək problemin həll
    edilməsi üçün çıxış yolları aramağa başladıq. Azərbaycandakı həkimlərlə geniş məsləhətləşmələrdən
    sonra məlum oldu ki, Bayram sağlamlığına qovuşmaq üçün,  mütləq qardaş Türkiyə ölkəsində yüksək
    ixtisaslı xəstəxanada əməliyyat olunmalıdı. Buradan Səhiyyə Nazirliyinə və həkimlərimizə
    dərin minnatdarlıq hissimi bildirməklə bizimlə səmərəli işlədiklərinə görə
    onlara təşəkürlərimi çatırmağı özümə borc bilirəm. Əsas narahatçılıq yaradan məqam
    o idi ki, Bayramın ailəsi əməliyyat üçün tələb olunan 45 min manata malik
    deyildilər. Bu qədər vəsaiti əldə etmək üçün özümüz də daxil xəbər saytlarında,
    ümumilikdə KİV-lərdə genişmiqyaslı  təbliğat
    kampaniyasına başladıq. Şükürlər olsun ki, qısa bir zaman kəsiyində zəhmətimizin
    bəhrəsin gördük. Belə ki, xeyirxah insanlar mənim səsimə səs verdi və 5 gün ərzində
    45 min manat toplaya bildik. Nəhayət, 2021-ci ilin aprelində Bayram əməliyyat
    üçün Türkiyəyə aparıldı.  Türk həkimlərinin nəzarəti altında ilk əməliyyatı
    uğurla həyata keçirildi və Fistul kapatılması əməliyyatı olundu,  ürəyinə stend qoyuldu. Ümumi vəziyyəti zəif
    olan Bayramın mühüm  ehtiyacı olduğu
    Fonton üsulu əməliyyatı 6 ay müddətinə təxirə salındı.

    Əməliyyat
    olub qayıdandan sonra AranMedia GROUP kollektiv olaraq Zaqatalaya yollanıb
    Bayramı ziyarət etdik. Onu və ailəsini təbrik edərək, onların sevincini birgə
    bölüşdük. Bayramın ailəsinin, xüsusilə anasının, sözlə ifadə ediləcəyi mümkün
    olmayan minnətdarlığı bizlərə təkrarolunmaz xoşbəxt anlar yaşatdı. Biz bir
    uşağın həyatda qalması üçün üzərimizə düşən missiyanı uğurla yerinə yetirdik. Bayramın
    ziyarəti ilə bərabər bir neçə şəhid ailələrinə də baş çəkdik.





    Bu məqamda
    qəhramanımızın malik olduğu keyfiyyətləri oxuçularımızın diqqətinə çatırmağı
    özümə borc bildim. Məlumat üçün bildirim ki, Məmmədli Bayram Elşad oğlu 15 oktyabr
    2011-ci ildə Zaqatala rayonunda sadə bir ailədə dünyaya göz açıb. Dünyaya 1:0 məğlub
    gələn Bayram ürəyində yeddi qüsurla doğulub və dörd aylığında ikən “mürəkkəb paroq”
    diaqnozu qoyulub. Həmən gündən ailə bütün qazancını və həyatlarını Bayramın səhhətinə
    həsr edib. Nəhayət, Bayram 2 yaşında Kiyev şəhərində ilk dəfə açıq ürək əməliyyatı
    keçirib. Əməliyyatdan sonra  nisbətən yaxşılaşan
    qəhramanımız yaşa dolduqca vəziyyəti yenidən pisləşib və təkrar əməliyyata
    ehtiyac duyulub. O yaşıdları kimi qaça-oynaya bilmir, çox yorulur və təngənəfəs
    olurdu, sadəcə, pəncərədən həyətdə oynayan uşaqlara baxmaqla kifayətlənirdi. Övladlarının
    vəziyyətini görən valideynləri çox çətin və çıxılmaz vəziyyətdə qalmışdılar.
    Bayram və ailəsi hər namazlarında Allahdan onlara xeyirli bir yol açması üçün
    dua edir və səbrlə gözləyirdilər. Hazırda
    ciddi müalicə alan qəhramanımız oktyabrda 
    ikinci ürək əməliyyatına hazırlaşır. Vəziyyəti nisbətən normallaşan
    Bayram artıq həyətdə oynayan uşaqlara uzaqdan baxmır. O da onlarla birlikdə ən
    azından gəzir, dolaşır. O, Zaqatala şəhər N.Hüseynov adına 2№li tam orta məktəbinin
    4-cü sinif şagirdidir. Müəllimlərinin sevimlisi olan Bayram rus bölməsində
    oxuyur və dərslərində ciddi uğurlar qazanıb. Səhhəti ilə əlaqədar müəyyən geriləmələr
    olsa da müəllimləri onun hər şeyin öhdəsindən asanlıqla gələcəyinə inanırlar.

    Bayram
    velosiped sürməyi çox sevir, lakin hazırki durumu buna imkan vermir. İndi o səbirsizliklə
    ona alınacaq elektrikli skuterin yolunu gözləyir.





    İdmanla
    məşğul ola bilməsə də oxçuluğa böyük marağı var. 2020-ci ildə anasının Gənclər
    və İdman Nazirliyinə ünvanladığı məktuba əsasən Kamandan Oxatma Federasiyası tərəfindən
     Qəbələ Oxatma Mərkəzinə dəvət alıb.
    Bayram birgünlük də olsa həyatının ən gözəl və unudulmaz anlarını yaşayıb. Qəhramanımızın
    başqa sahələrə də böyük marağı var. Zaqatalada xüsusi robot texnikası
    kurslarına yazılan Bayram dərslərə böyük həvəslə gedir və eyni zamanda pazldan
    mürəkkəb fiqurlar qurmağı da çox sevir. 

    Onun
    500,1000 və 1500 parçadan ibarət pazlları, 100 və daha çox hissədən ibarət konstruksiyalardan
    qurduğu maşın modelləri vardır. Onun növbəti hədəfi 2000 parçadan ibarət pazl
    qurmaqdır.

    Bayramı
    görən insanlar ondan dodaqlarının niyə göyərdiyini, nə yediyini soruşurlar.
    Bayramın bu suallardan xoşu gəlməsə də, ürəyinin xəstə olduğunu deyir.

              Ailə bu çətin gündə
    onlara dəstək olan hər bir kəsə dərin minnətdarlıqlarını bildirir. İnanırıq ki,
    qısa bir zamanda qəhramanımız növbəti əməliyyatını da keçirib öz yaşıdlarının sırasına
    dönəcək. Şeyda Əzizova“AranMedia” qəzetinin baş redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib33 dəfə
    Yarım ürəklə həyata tutunan Bayram

    Maraqlı gələ bilər
    95
    96